Elm • Ədəbiyyat • Müzakirə

Marağın elmə,
yolun K-LOGY-yə.

K-LOGY elmi mövzuları, ədəbiyyatı və fərqli baxışları interaktiv seminarlar və açıq müzakirələrdə bir araya gətirir.

Öyrənməyə başqa cür baxırıq.

K-LOGY elmi bilikləri auditoriyadan çıxarıb canlı fikir mübadiləsinə çevirən tələbə klubudur.

Klub “K” və “K’” səsləri ilə başlayan elmlərin öyrədilməsini təşviq edir. Seminarların daha maraqlı və interaktiv keçməsi üçün tədbirlərdə müxtəlif anketlər, sorğular və suallar təqdim olunur.

Kiçik auditoriyalı “Elm Məclisi” və “Ədəbiyyat Gecəsi” isə mütaliə vərdişlərini, elmi düşüncəni və açıq müzakirə mədəniyyətini gücləndirir.

01

İnteraktiv seminarlar

Elmi mövzuları anketlər, sorğular və canlı suallarla birlikdə araşdırdığımız açıq görüşlər.

02

Elm Məclisi

İştirakçıların seçdikləri elm xadimlərinin məqalələrini təqdim və müzakirə etdikləri kiçik auditoriyalı görüşlər.

03

Ədəbiyyat Gecəsi

Müəlliflər, əsərlər və seçilmiş sitatlar ətrafında mütaliə və fikir mübadiləsi üçün səmimi mühit.

Rənglərin İnsan Beyninə Təsiri tədbir afişasıKeçirilmiş tədbir

Koloristika

Rənglərin İnsan Beyninə Təsiri

Rənglərin insan psixologiyasına, emosiyalarına və qərarvermə prosesinə təsirini elmi yanaşmalarla araşdıracağımız interaktiv görüş. Tədbir dizayn, psixologiya və incəsənətlə maraqlanan hər kəs üçün açıqdır.

Tarix
13 mart 2026
Saat
13:40
Məkan
AZMİU — İtaliya-Azərbaycan Dizayn Mərkəzi
Tədbirə bax Bu tədbirin qeydiyyatı bağlıdır